Modern.az

Bakı məktəblərinin məzun sayı açıqlandı

Bakı məktəblərinin məzun sayı açıqlandı

Təhsil

14 İyun 2022, 09:24

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) builki məzunları sayını açıqlayıb.

İdarədən Modern.az-a bildirilib ki, bu il BŞTİ-nin tabeliyindəki məktəblərin buraxılış siniflərini 58 739 şagird bitirir.
 

Bu il paytaxtın ümumi təhsil müəssisələrinin XI siniflərini 23 505 nəfər şagird bitirərək məzun adını qazanır.
 

Bakının ümumi təhsil müəssisələrinin I siniflərini 46 470, IX siniflərini 35 100, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir.
 

2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə ümumilikdə 470 517 şagirdin təlim-tərbiyəsi ilə 29 115 müəllim məşğul olub.
 

Paytaxt üzrə 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Bu qruplara 25 484 uşaq cəlb olunub.
 

BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu