Modern.az

Mağazadan bahalı noutbuk oğurlanıb

Mağazadan bahalı noutbuk oğurlanıb

Hadisə

14 İyun 2022, 10:30

Bakıda mağazadan 2950 manatlıq noutbuk oğurlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsindəki mağazaların birindən 2950 manat dəyərində noutbukun oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama