Modern.az

Deputatlar “Qurtuluşdan Zəfərə” konfransında

Deputatlar “Qurtuluşdan Zəfərə” konfransında

Aktual

14 İyun 2022, 10:18

Ağcabədi rayon Mədəniyyət mərkəzində Milli Qurtuluş gününün 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən təşkil olunmuş “Qurtuluşdan Zəfərə”  mövzusunda  Regional Konfrans keçirilib. 


Modern.az xəbər verir ki, konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül qoyularaq onun əziz xatirəsi ehtiramla yad edilib, ulu öndərin xalqımız qarşısında xidmətlərindən geniş bəhs olunub.

 

Konfransda deputatlar Fatma Yıldırım, Tahir Rzayev, Bəxtiyar Sadıqov, Aqil Məmmədov, Mahir Abbaszadə və Ağdam, Bərdə, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının YAP sədrləri, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, həmçinin, YAP fəalları, şəhid ailələrinin üzvləri, qazilər və Partiya veteranları iştirak ediblər. 

 

Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü Fatma Yıldırım “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində ekoloji amillər” mövzusunda çıxış edərək, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa-quruculuq işləri zamanı ekoloji tarazlığın təmin olunması ilə əlaqədar görülən işlərin vacibliyi barədə danışıb.

 

Konfransın gedişində deputatlar YAP fəallarının müxtəlif mövzularda verdikləri sualları cavablandırıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi