Modern.az

Növbədənkənar sessiyanın ilk iclası bu tarixdə olacaq

Növbədənkənar sessiyanın ilk iclası bu tarixdə olacaq

Parlament

14 İyun 2022, 13:40

Parlamentin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək. 

 

Modern.az xəbər verir ki, sessiya çərçivəsində nəzərdə tutulan ilk plenar iclas iyunun 17-nə planlaşdırılıb. 

 

İclasın gündəliyi haqqında ictimaiyyətə məlumat veriləcək. 

 

Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırmış hesab edilir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...