Modern.az

Amaliya Pənahovanın xatirə gecəsi keçiriləcək

Amaliya Pənahovanın xatirə gecəsi keçiriləcək

Mədəniyyət

14 İyun 2022, 14:00

Azərbaycanın mərhum xalq artisti, məşhur teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahovanın xatirə gecəsi keçiriləcək.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Film Fondundan məlumat verilib.

 

Bildirilib ki, tədbir 16 iyun 2022-ci il, saat 18:30-da Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.

 

Qeyd edək ki, A.Pənahova 8 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər