Modern.az

Siyəzəndə ağır qəza - Ölən və yaralılar var 

Siyəzəndə ağır qəza - Ölən və yaralılar var 

14 İyun 2022, 22:23

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində "Nissan Mikra" markalı avtomobil "Mercedes ML"lə toqquşub.

 

Hadisə nəticəsində Siyəzən sakinləri - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı