ABŞ Polşanın Ukrayna ilə sərhədində müvəqqəti taxıl anbarları tikəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Filadelfiyada çıxışı zamanı bildirib.
O, Rusiya-Ukrayna müharibəsi zamanı taxıl ixracını asanlaşdırmaq və ərzaq qiymətlərini cilovlamaq üçün anbarlar tikiləcəyini deyib.
“Biz Ukrayna ilə sərhəddə, Polşa sərhədləri daxilində müvəqqəti anbarlar tikmək niyyətindəyik. Beləliklə, biz taxılı saxlaya və yük maşını ilə Avropaya apara və bütün dünyaya göndərə bilərik. Ancaq bunun üçün vaxt lazımdır", - deyə Bayden qeyd edib.
Akif İsmayılov