Modern.az

Ukraynaya “Bayraktar” üçün sursatlar veriləcək

Ukraynaya “Bayraktar” üçün sursatlar veriləcək

14 İyun 2022, 23:27

Litva "Bayraktar" pilotsuz uçuş aparatı üçün Ukraynaya sursatlar verməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Litvanın müdafiə naziri Arvydas Anusauskas şəxsi "Twitter" hesabında paylaşıb.

 

O, sursatların dəqiq sayı barədə məlumat verməyib, lakin onların “vaxtında” çatdırılacağına söz verib.

 

Müdafiə nazirinin postuna əlavə etdiyi fotoda MAM-L döyüş sursatı əks olunub. Onun çəkisi 22 kiloqramdır və qiyməti 60-100 min dollar arasında dəyişir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi