İyunun 15-də Rusiyanın “Qazprom” şirkəti 2022-ci ilin beş ay yarımlıq işlərinin nəticələrini açıqlayıb.
Modern.az xəbər verir ki. bu barədə şirkətin saytında məlumat yayılıb.
İlkin məlumatlara görə, 2022-ci il yanvarın 1-dən iyunun 15-dək hasilat 226 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azdır.
MDB-dən kənar ölkələrə qaz tədarükü 28,9% azalaraq 65,6 milyard kubmetr təşkil edib. Daxili bazara çatdırılma dəyişməyib.
Akif İsmayılov