Kanada Ukraynaya 6.9 milyon dollar dəyərində hərbi yardım göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə Kanada müdafiə naziri Anita Anand məlumat verib.
Yeni hərbi yardıma M777 artilleriya silahları üçün əvəzedici lülələr daxildir. Bu lülələr artilleriya qurğularının məsafəsini və dəqiqliyini artıracaq.
"Biz Ukraynaya lazım olan hərtərəfli hərbi yardımı təmin etmək üçün gecə-gündüz işləməyə davam edəcəyik”, - deyə nazir bildirib.
Akif İsmayılov