Modern.az

Şəmkirdə ağır qəza - Bir ailənin 5 üzvü yaralandı

Şəmkirdə ağır qəza - Bir ailənin 5 üzvü yaralandı

15 İyun 2022, 23:25

Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun Çənlibel kəndindən keçən hissəsində hərəkətədə olan “Mercedes”lə digər maşının toqquşması nəticəsində 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar.

 

Onlar 2012-ci il təvəllüdlü Qəhrəmanlı Aydan Teymur qızı, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Ayan Teymur qızı, 2018-ci il təvəllüdlü Qəhrəmanlı İslam Teymur oğlu, 1989-cu il təvəllüdlü Qəhrəmanov Teymur Nəsimi oğlu, 1994-cü il təvəllüdlü Qəhrəmanova Dilşad Məzahir qızı, 1992-cı il təvəllüdlü Abdulayev Ruslan Zahid oğludur.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki qəzada yaralananlardan beş nəfəri bir ailənin üzvləridir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var