Almaniya Ukraynaya 3 ədəd "Mars II" adlı yaylım atəşli reaktiv sistemlər təhvil verəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext məlumat verib.
O qeyd edib ki, Almaniya ABŞ və Böyük Britaniya ilə birlikdə Ukrayna hərbçiləri üçün yaxın həftələrdə təlimlərə başlayacaq.
"Mars II" Amerika istehsalı M270 raket sistemlərinin alman versiyasıdır. Sistem 80 km-dən çox məsafədəki hədəfləri vura bilir.
Silahların Almaniya ordusunun ehtiyatlarından veriləcəyi qeyd olunub. Almaniya Ukraynaya sistemlər üçün yüzlərlə raket də göndərəcək.
Akif İsmayılov