Modern.az

21 yaşlı oğlan tanışını QƏTLƏ YETİRDİ

21 yaşlı oğlan tanışını QƏTLƏ YETİRDİ

Hadisə

16 İyun 2022, 09:28

İyun 15-i saat 23 radələrində 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Şabran Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı