Modern.az

Ölkədəki iqtisadi fəal əhalinin SAYI

Ölkədəki iqtisadi fəal əhalinin SAYI

16 İyun 2022, 11:27

Ötən il əhalinin nominal gəlirləri və nominal əmək haqlarında artım müşahidə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilib.

 

Rəsmi məlumata görə, 2021-ci ilin sonuna iqtisadi fəal əhalinin sayı 5303.9 min nəfər olub ki, onlardan 4988.2 min nəfərini məşğul əhali təşkil edib.

 

Muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci il ərzində 3.4% artaraq 732.1 manat təşkil edib. Əhalinin nominal gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 2.6 % artaraq 57.2 mlrd. manata çatıb. Əhalinin nominal gəlirləri və nominal əmək haqlarında artım dinamikası istehlak davranışlarına təsir etməklə məcmu daxili tələbin bərpasını dəstəkləyib.

 

Muzdla çalışan işçilərin sayı 1705.1 min nəfər təşkil edib ki, onların 53%-i (904.7 min nəfər) dövlət sektorunda, 46.9%-i (800.4 min nəfər) isə qeyri-dövlət sektorunda çalışıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi