Modern.az

“Qərb və Rusiya Qarabağ məsələsində əlaqəni kəsib” - Rus ekspert

“Qərb və Rusiya Qarabağ məsələsində əlaqəni kəsib” - Rus ekspert

16 İyun 2022, 13:44

Qərb Ermənistan-Azərbaycan arasında əlaqələri və Qarabağ probleminin həlli prosesi çərçivəsində Rusiya ilə əməkdaşlığı praktiki olaraq dayandırıb. 

 

Modern.az xəbər verir ki, bunu İrəvanda keçirilən konfransda rusiyalı politoloq Sergey Markedonov deyib.

 

Onun sözlərinə görə, Qarabağ prosesi həmişə postsovet məkanındakı digər münaqişə nöqtələrindən çox fərqli olub:

 

“Rusiya və Qərb digər problemli subyektlərdən fərqli olaraq Qarabağla bağlı həmişə qarşılıqlı əlaqədə olub. Bu gün biz bu məntiqin dəyişdiyini görürük. ATƏT-in Minsk Qrupu həmsədrlər səviyyəsində fəaliyyətini dayandırıb. Qərb Rusiya ilə işləmək istəmir. Belə vəziyyətin formalaşmasını görmək olar. Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün yeni format - Brüssel formatı yaradılıb. Paradoksal olaraq, Mişelin (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel-red) dediyi hər şey Moskva tərəfindən rədd edilmir. Amma adamda belə bir təəssürat yaranır ki, Rusiya ümumiyyətlə yoxdur və danışıqlarda olmayıb”.

 

Rusiyalı politoliq hesab edir ki, Qarabağ nizamlanmasında çox şey bəzi amillərindən asılıdır:

 

“Bu da Suriya istiqamətindəki dinamikadan, Rusiya ilə Türkiyənin razılaşıb-razılaşmamasından asılıdır. Bu kontekstdə Rusiya və Türkiyə üçün əsas məsələ açıq münaqişəyə girməməkdir. Amma qarşıdurma baş verəcəyi təqdirdə, bir çox fikir ayrılıqlarına baxmayaraq, Qərb birmənalı olaraq Türkiyəni dəstəkləyəcək”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi