Fransa Ukraynaya əlavə "Sezar" özüyeriyən artilleriya qurğuları verəcək.
Modern.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
Onun sözlərinə görə, adıçəkilən silahlardan Ukraynaya 6 ədəd göndəriləcək. Bundan əlavə, Makron "Sezar"lardan 12 ədədinin artıq Ukraynaya təhvil verildiyini bildirib.