Modern.az

ABŞ-da DƏHŞƏT - İnsanlar kilsədə güllələndi

ABŞ-da DƏHŞƏT - İnsanlar kilsədə güllələndi

Dünya

17 İyun 2022, 09:38

ABŞ-ın Alabama ştatında silahlı şəxs kilsədə insanlara hücum edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, bir nəfər yaralanıb.

 

Vestavia Hills polisi iyunun 16-da axşam saatlarında Müqəddəs Stefan kilsəsində 3 nəfərin yaralandığını, onlardan birinin daha sonra öldüyünü təsdiqləyib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs həbsdədir, onun hərəkətlərinin motivləri barədə məlumat verilmir.

 

Analoji hal fevralın sonunda Kaliforniya ştatının Sakramento şəhərində də yaşanıb. Kilsədə atışma zamanı bir neçə nəfər, o cümlədən uşaqlar ölüb. Atışmadan sonra hücum edən şəxs intihar edib.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi