Modern.az

Qriqoryan Patruşevə Ermənistan-Azərbaycan sərhədindən danışdı

Qriqoryan Patruşevə Ermənistan-Azərbaycan sərhədindən danışdı

17 İyun 2022, 10:30

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün İrəvana gələn Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.


Modern.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüşdə Qriqoryan iki ölkənin təhlükəsizlik şuralarının ofisləri arasında əməkdaşlığın genişləndirilməsi üçün bütün lazımi imkanların və ilkin şərtlərin olduğuna əminliyini bildirib.
 

İkitərəfli əməkdaşlıq çərçivəsində həmsöhbətlər təhlükəsizliklə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Nikolay Patruşev Ermənistanın Rusiyanın strateji əhəmiyyətli tərəfdaş dövlət olduğunu və Moskvanın regional təhlükəsizliyin təmin edilməsi proseslərində Ermənistanı dəstəklədiyini vurğulayıb.
 

Armen Qriqoryan rusiyalı həmkarına regional təhlükəsizlik baxımından vəziyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işini, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesini təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI