İyunun 16-da saat 5 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şəmkir rayon sakini A.Aslanovun idarə etdiyi “Ford Transit” və Bakı şəhər sakini E.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə A.Aslanovun sərnişini, Kürdəmir rayon sakini Yolçu Əhmədov hadisə yerində ölüb.
Hazırda faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Y.Əhmədov Vətən müharibəsi iştirakçısı olub. O, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdi.