Modern.az

İsmayıllının icra başçısı telekanal açır

İsmayıllının icra başçısı telekanal açır

Təhsil

4 Mart 2013, 12:58

İsmayıllının yeni icra başçısı Mirdamət Sadıqov fəaliyyətə başlar-başlamaz bir sıra yeniliklərlə yadda qalıb. Belə ki, yeni icra başçı yerli sahibkarlarla görüşündə İsmayıllıda regional telekanalın yaradılacağını bildirib. Hazırda bu istiqamətdə işlərin davam etdiyi deyən M.Sadıqov yerli kanalın gün ərzində 2 saat yayımlanacağını, İsmayıllı xəbərlərinin Azərbaycana çatdırılacağını bəyan edib.

Rayonda sahibkarlığın inkişafına dəstək verəcəyini bildirən M.Sadıqov işsizliyin aradan qaldırılması üçün İsmayıllıda Gön Dəri Emalı zavodunun açılacağını, Xalçaçılıq, Kəlağayı müəssisələrinin yenidən bərpa ediləcəyini vurğulayıb.

Qeyd edək ki,  Aqrar Universitetin rektoru olan Mirdamət Sadıqov Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı sərəncamla İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir