Modern.az

Naxçıvanski adına Hərbi Liseyə yeni rəis gətirilib?

Naxçıvanski adına Hərbi Liseyə yeni rəis gətirilib?

Aktual

17 İyun 2022, 15:36

Sosial şəbəkələrdə Çəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsinə müvəqqəti təyinat barədə xəbər yayılıb.


Modern.az-ın məlumatına görə, yayılan xəbərlərə görə, Quru Qoşunları komandanının müavini, polkovnik Rəşad İbrahimov Çəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Polkovnik Rəşad İbrahimovun Quru Qoşunlarından öncə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsində Hərbi Təhsil idarəsinin rəisi vəzifəsini icra etdiyi bildirilir. Həmin vaxt o, hazırda general-leytenant olan Nizam Osmanovun müavini işləyib.


Xatırladaq ki, Cəmşid Naxçıvanski adına Hərbi liseyin əvvəlki rəisi, general-mayor Bəkir Orucov ötən ilin sentyabrında vəzifəsindən azad edilmiş və Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsinə aparılmışdı.

Müdafiə Nazirliyindən xəbərə münasibət öyrənmək mümkün olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi