Modern.az

Valyuta ehtiyatlarımız 54 milyardı ötüb

Valyuta ehtiyatlarımız 54 milyardı ötüb

İqtisadiyyat

17 İyun 2022, 15:44

2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 mlrd. ABŞ dollarına yüksəlib.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir:

 

"Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil etmişdir. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələyib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi