Modern.az

Azərbaycanın neft ixracından gəlirləri artıb

Azərbaycanın neft ixracından gəlirləri artıb

İqtisadiyyat

17 İyun 2022, 21:25

2022-ci ilin yanvar-may aylarında Azərbaycan 11,384 milyon ton xam neft və neft məhsulları ixrac edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunur.

 

Azərbaycan hesabat dövründə 8,058 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 1,6 dəfə çoxdur.

 

2022-ci ilin yanvar-may aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 52,27 faiz təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi