"Azeri Light" markalı neftin qiyməti ucuzlaşıb.
Modern.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 3,66 ABŞ dolları azalaraq 121,97 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.