Modern.az

Həmcinslərini Türkiyədə satan qadına 8 il 6 ay HƏBS VERİLDİ

Həmcinslərini Türkiyədə satan qadına 8 il 6 ay HƏBS VERİLDİ

Hadisə

18 İyun 2022, 10:15

Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, bununla bağlı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər.

 

Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Məhkəmənin hökmünə əsasən G.Məhərrəmova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı