Modern.az

Ölkədə ət istehsalı ARTIB

Ölkədə ət istehsalı ARTIB

İqtisadiyyat

18 İyun 2022, 17:22

Cari ilin yanvar-may aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 220,1 min ton təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata əsasən, həmin dövrdə süd istehsalı 1,9 faiz artaraq 890,9 min ton, yumurta istehsalı 3 faiz artaraq 824,8 milyon ədəd, barama istehsalı 2,9 dəfə artaraq 32,7 ton, yun istehsalı 2,2 faiz azalaraq 12 min ton olub.

 

Ümumilikdə isə 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 5,1 faiz artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi