Hindistan və Banqladeşin müxtəlif bölgələrində leysan yağışları nəticəsində daşqın və torpaq sürüşməsi insan itkilərinə səbəb olub.
Modern.az xəbər verir ki, daşqınlar zamanı 13 nəfər həyatını itirib.
Hindistanın şimal-şərqindəki Assam ştatında son sutka ərzində baş verən daşqınlar nəticəsində azı 9 nəfər ölüb.
Rəsmi açıqlamaya görə, ştatda son beş gündə davam edən daşqın və sürüşmələrdən 1,8 milyondan çox insan zərər çəkib. 108 mindən çox insan yardım düşərgələrinə sığınıb.
Akif İsmayılov