Modern.az

Zelenski növbəti dəfə Kiyevi tərk etdi

Zelenski növbəti dəfə Kiyevi tərk etdi

Dünya

18 İyun 2022, 18:52

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev şəhərinə səfər edib.

 

Modern.az xəbər verir ki, o, səfər zamanı Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim ilə görüşüb.

 

Görüş zamanı regiondakı durum, iqtisadiyyat, su təchizatının bərpası və kənd təsərrüfatının vəziyyəti müzakirə edilib.

 

Qeyd edək ki, Nikolaev vilayəti Ukraynanın cənubunda, Xerson və Odessa vilayətləri arasında yerləşir. Qara dənizə çıxışı var.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi