Rusiya hərbçiləri Ukraynanın İzyum bölgəsində qaz emalı zavodunu raket atəşinə tutub.
Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinegubov “Telegram” kanalında məlumat yayıb.
Hücumdan sonra zavodda güclü yanğının başladığı bildirilir. Hazırda xilasedicilər yanğının qarşısını almağa çalışır.