Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyaya “çətin vaxtlarda” heç bir faydası yoxdur.
Modern.az xəbər verir ki, bunu Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov deyib. Kadırov təşkilat rəhbərlərini Qərbin sanksiyalarından qorxaraq susduqlarına görə qınayıb.
"Bizim mühafizəçilər, niyə susursunuz? Niyə qonşularınız haqqında danışmırsız?”, - deyə Kadırov bildirib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Akif İsmayılov