Modern.az

Avtomobil təmiri sexində yanğın başladı

Avtomobil təmiri sexində yanğın başladı

18 İyun 2022, 23:08

Bakıda avtomobil təmiri sexində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?