Modern.az

Ukraynada neft anbarı vuruldu - 11 nəfər yaralandı

Ukraynada neft anbarı vuruldu - 11 nəfər yaralandı

19 İyun 2022, 00:45

Rusiya ordusu Ukraynanın şərqindəki Novomoskovsk şəhərində yerləşən yanacaq anbarını məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə regional administrasiyanın rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

 

Anbara 3 raket zərbəsi endirildiyi qeyd olunub. O, anbarda böyük yanğın olduğunu bildirib. Rezniçenko hadisə zamanı 11 nəfərin yaralandığını, birinin vəziyyətinin ağır olduğunu bildirib.

 

Xatırladaq ki, Novomoskovsk bölgənin paytaxtı Dneprdən şimal-şərqdə yerləşir.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi