Modern.az

Deputatlarımız yaşıl meydana çıxır - Suqovuşanla görüş

Deputatlarımız yaşıl meydana çıxır - “Suqovuşan”la görüş

19 İyun 2022, 10:24

Bu gün Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, 20 ildən artıq müddətdə Parlament futbol komandasının əsas oyunçularından biri olan, bu gün isə ilk dəfə deputatlardan ibarət parlamentin yenilənmiş tərkibdə futbol komandasını məşqçi kimi  meydana çıxaracaq Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev oyunla bağlı fikirlərini bölüşüb.

 

Adil Vəliyevin sözlərinə görə, bu oyun ona görə əhəmiyyətlidir ki, Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq görüşü ilə Parlament komandası bir ilkə imza atır:

 

“Belə ki, davamlı olaraq Milli Məclisin Sədri Sahibə xanım Qafarova, eləcə də deputat korpusu, Ali Baş komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ən yeni tariximizin qürur səlnaməsini yazmış qəhrəman şəhidlərimizin ailələrinə, igid qazilərimizə və müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir, onların problemlərini nəzarətdə saxlayır və həllinə xüsusi önəm verirlər”.

 

 

Adil Vəliyev məmnunluqla ifadə edib ki, qeyd olunan əməkdaşlıq bu gün bir qədər fərqli müstəvidə, yəni futbol sahəsində davam edəcək. Məşqçinin sözlərinə görə, deputatlar komandasının yeni heyətində qapıçılıq məharəti ilə seçilən Məzahir Əfəndiyev, etibarlı oyunu ilə diqqət çəkən komandanın kapitanı Tahir Mirkişili, komandanın ən təcrübəli üzvü və bombardiri Fazil Mustafa, müdafiədə hər zaman sabit və faydalı oyun sərgiləyən Mahir Abbaszadə yer alacaq. Bu oyunçularla yanaşı, heyətə yenicə qatılmış sürətli və texnikalı Nurlan Həsənov, eləcə də Ramin Məmmədov, Cavid Osmanov və Vüqar Bayramov da meydanda mübarizə aparacaqlar. Bəzi millət vəkilləri zədəli və ölkə hüdudlarından kənarda ezamiyyətdə olmaları səbəbindən bu oyunda iştirak edə bilməyəcəklər. Ümumiyyətlə, Parlament futbol komandası ötən illərdə bir çox uğurlara imza atıb.

 

Vaxtilə tərkibində Adil Əliyevin, Ülvi Quliyevin, Siyavuş Novruzovun, Fuad Muradovun, Qüdrət Həsənquliyevin, Zahid Orucun, Kamran Bayramovun və digər millət vəkillərinin yer aldığı Mili Məclisin komandası 2016-cı ildə beynəlxalq parlamentlərarası futbol turnirinin finalçısı olub, 2018-ci ildə isə bu mötəbər turnirdə qalib gələrək çempion olub:

 

“Ümidvaram ki, yeni komandamız da gələcək futbol turnirlərində bu ənənələri davam etdirəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış