Modern.az

Deputatlarla jurnalistlərin yoldaşlıq görüşündən FOTOREPORTAJ

Deputatlarla jurnalistlərin yoldaşlıq görüşündən FOTOREPORTAJ

19 İyun 2022, 17:00

Bu gün Milli Məclisin deputatları ilə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq matçı keçirilib. Qarşılaşma Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında baş tutub.

 

Deputatlar komandasının heyətində kapitan Tahir Mirkişili, Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.

 

"Suqovuşan" komandasının heyəti Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.

 

Maraqlı anlarla yadda qalan qarşılaşma veteranlardan ibarət komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Modern.az deputatlarla jurnalistlərin yoldaşlıq görüşündən hazırladığı fotoreportajı təqdim edir:

 

Foto: Emin Məhərrəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış