Modern.az

Beynəlxalq Türk Akademiyası Anara qızıl medal verdi - FOTOLAR

Beynəlxalq Türk Akademiyası Anara qızıl medal verdi - FOTOLAR

Ədəbi̇yyat

19 İyun 2022, 18:00

IX Qlobal Bakı Forumunun iştirak edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı,  Akademiyanın vitse-prezidenti Füzuli Məcidli  Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. Yazıçılar Birliyin mətbuat katibi qonaqlara Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti,  Birliyin yerləşdiyi tarixi bina haqqında məlumat verib.


Modern.az xəbər verir ki, Beynəlxqlq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli  yazıçı Anarın Türk dünyası ədəbiyyatındakı yeri, yaratdığı əsərləri barədə fikirlərini bölüşüb və ədibin Akademiyanın Əlişir Nəvai Qızıl medalına layiq görüldüyünü bildirib.


Medalı təqdim edən D.Kıdırali  Əlişir Nəvai Qızıl medalının türk dünyası ədəbiyyatı sahəsində böyük xidmətləri olan tanınmış insanlara verildiyini diqqətə çatdırıb. Eyni zamanda  bir neçə həftə əvvəl Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən I Türk Dünyası Kitab Festivalından danışıb.


Azərbaycan Yazıçılar Birliyin sədri Anar  Darxan Kıdırəliyə ona verdiyi dəyərə görə öz minnətdarlığını bildirib. Və Beynəlxalq Türk Akademiyasının  türk dünyasının elm və ədəbiyyat, tarixi irsimizin qorunması və araşdırılması sahəsində ortaya qoyduqları uğurlu nəticələrin bütün Türkdilli xalqlar üçün əhəmiyyətindən danışıb.


Xalq yazıçısı qeyd edib ki, Əlişir Nəvai qızıl medalını alması onun Azərbaycan Yazıçılar Birliyinə sədirlik etməsinin 35 illiyinə təsadüf edir və rəmzi mənası vardır.


Qeyd edək ki, Görüşdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev,  Rəşad Məcid, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Sayman Arzu, yazıçılar  Səyyad Aran, Azər Turan, Şahin Musa, Xəyal Rza,  Aida Eyvazlı da işirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı