Modern.az

Azərbaycan qazının Bolqarıstana nəqli BAŞLADI

Azərbaycan qazının Bolqarıstana nəqli BAŞLADI

İqtisadiyyat

19 İyun 2022, 19:25

“Interconnector Greece – Bulgaria” (IGB) kəmərinin operatoru Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın BNR agentliyi məlumat yayıb.

 

Qaz nəqlinin hələlik sınaq mərhələsində olduğu bildirilib. 

 

Məlumata görə, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.

 

Qeyd edək ki, 2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarükə başlanacağı gözlənilir.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi