Modern.az

Britaniya Rusiyanı məğlub etmək üçün ordu yaradır

Britaniya Rusiyanı məğlub etmək üçün ordu yaradır

Dünya

19 İyun 2022, 19:46

Böyük Britaniya Rusiyanı məğlub etməyə qadir ordu yaratmalıdır.

 

Modern.az "Independent" nəşrinə istinadən xəbər verir ki, bunu Britaniya Baş Qərargahının yeni rəisi Patrik Sanders deyib.

 

Sandersin fikrincə, Britaniyanın yeni ordusu Avropada müharibəyə hazır olmalıdır:

 

“İndi müttəfiqlərimizlə bərabər döyüşə biləcək və döyüşdə Rusiyaya qalib gələ biləcək ordu yaratmaq vacibdir. Biz ordunu yenidən Avropada müharibəyə hazırlamalı olan nəsillərik".

 

“Mən 1941-ci ildən bəri Avropada böyük kontinental gücün iştirak etdiyi müharibənin kölgəsində vəzifəyə gətirilən ilk baş qərargah rəisiyəm. Rusiyanın Ukraynanı işğal etməsi Britaniyanı qorumaq üçün döyüşməyə hazır olmalı olduğumuzu göstərir", - Patrik Sanders vurğulayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi