Modern.az

Türkiyə strateji əhəmiyyətə malik ölkədir - Stoltenberq 

Türkiyə strateji əhəmiyyətə malik ölkədir - Stoltenberq 

Dünya

19 İyun 2022, 20:57

Türkiyə Avropa, Rusiya, İraq və Suriya mövzularında strateji əhəmiyyətə malik mühüm NATO ölkəsidir.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.

 

O, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin narahatlığını xatırladıb və heç bir NATO ölkəsinin Türkiyə qədər terrordan əziyyət çəkmədiyini vurğulayıb.

 

"Üzvlük müraciətləri üçün tarixi bir məqamdır. Finlandiya və İsveçin üzvlüyü təkcə bu ölkələrin özlərini deyil, hamımızı gücləndirəcək", - deyə Stoltenberq bildirib.

 

O xatırladıb ki, NATO ölkələri, İsveç, Finlandiya və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi