Modern.az

Kabildə növbəti partlayış - Ölənlər var

Kabildə növbəti partlayış - Ölənlər var

Dünya

19 İyun 2022, 21:34

Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilib ki, paytaxtda avtomobilin partlaması nəticəsində azı iki nəfər həlak olub. Partlayış şəhərin şimalında baş verib. Avtomobilin dinc sakinlərə məxsus olduğu qeyd edilib.

 

Bu, ölkədə son günlər ərzində üçüncü ölümcül hücumdur. Hücuma görə kimin məsuliyyət daşıdığı və ya hədəfin kim olduğu açıqlanmayıb.

 

Bundan əvvəl Kabildə yerləşən məbəddə partlayış törədilib. Nəticədə 2 nəfər həlak olub. Hücum görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi