Modern.az

Rus kitablarına və musiqisinə qadağa qoyuldu

Rus kitablarına və musiqisinə qadağa qoyuldu

Dünya

20 İyun 2022, 00:10

Ukrayna parlamenti rus kitablarına və musiqisinə bir sıra qadağalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, parlament bu barədə iki qanunu qəbul edib.

 

Qanuna əsasən, Rusiya vətəndaşları Rusiya pasportundan imtina edib Ukrayna vətəndaşlığını qəbul etmədikcə kitab çap edə bilməyəcək. Qadağa yalnız 1991-ci ildən sonra Rusiya vətəndaşlığı olanlara şamil ediləcək.

 

Ukrayna, həmçinin Rusiya, Belarus və işğal olunmuş Ukrayna ərazisində çap olunan kitabların idxalını qadağan edəcək, eyni zamanda üçüncü ölkələrdən rus dilində olan kitabların idxalı üçün xüsusi icazə tələb olunacaq.

 

Digər qanunla 1991-ci ildən sonra Rusiya vətəndaşı olan şəxslərin mediada və ictimai nəqliyyatda musiqi ifa etməsi qadağan ediləcək.

 

Qanunların qüvvəyə minməsi üçün Prezident Volodimir Zelenski tərəfindən imzalanması lazımdır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi