BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynadan didərgin düşənlərlə bağlı son məlumatı açıqlayıb.
Modern.az xəbər verir ki, Komissarlıq 7 milyondan çox ukraynalının ölkə daxilində köçkün olduğunu bildirib.
Eyni zamanda, 7,4 milyon nəfərin xaricə qaçmağa məcbur olduğu qeyd edilib.
Məlumata görə, ukraynalı qaçqınların təqribən yarısı Polşada məskunlaşıb.