Modern.az

Qeydiyyat başa çatır - DİM

Qeydiyyat başa çatır - DİM

Təhsil

20 İyun 2022, 10:12

II və III ixtisas qrupları üzrə imtahanda iştirak etmək istəyənlər 20 iyun saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

 

DİM-dən Modern.az-a verilən xəbərə görə, abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (//eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər.

 

Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

 

Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu