Modern.az

Qətldən sonra intihar - Bərdədəki dəhşətli cinayətin TƏFƏRRÜATI

Qətldən sonra intihar - Bərdədəki dəhşətli cinayətin TƏFƏRRÜATI

20 İyun 2022, 12:00

İyunun 18-də Bərdədə qonşusunu öldürən şəxs intihar edib. Hadisə Şatırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 59 yaşlı Namiq Hüseynov 34 yaşlı Anar Hüseynovu qətlə yetirib. N.Hüseynov qonşusunu öldürdükdən sonra özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.

 

Modern.az-ın hadisənin təfərrüatları ilə bağlı yeni məlumat əldə edib.

 

Belə ki, cinayətdən bir müddət əvvəl Anar Hüseynov əmisinin həyat yoldaşını Namiq Hüseynovun avtomobilinə minərkən görüb. O, məsələni aydınlaşdırmaq üçün N.Hüseynovla söhbət edib. Anar əmisinin xanımının onun avtomobilinə əyləşməsinin səbəbini soruşub, bu barədə əmisinə xəbər verəcəyini deyib. Nəticədə tərəflər arasında mübahisə düşüb.

 

Bundan sonra N.Hüseynov Anarı öldürmək qərarına gəlib. Bu məqsədlə əldə etdiyi ov tüfəngi ilə ona atəş açıb. Həmkəndlisinin öldüyünü görən N.Hüseynov özünə də atəş açaraq həyatına qəsd edib. 

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı