Modern.az

MEDİA jurnalist müsabiqəsi elan etdi

MEDİA jurnalist müsabiqəsi elan etdi

20 İyun 2022, 12:12

Medianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsi elan edib.

Agentlikdən Modern.az-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda quruma təqdim edilməlidir.


Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

 
Müsabiqə aşağıdakı nominasiyalarda keçirləcək.

 

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.

 

Jurnalistlər müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini də aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edə bilər.

 

– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı iqtisadi reportaj;

– ən yaxşı sosial reportaj;

– ən yaxşı mədəniyyət reportajı;

– ən yaxşı idman reportajı.


Materiallar Agentlik tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan ediləcək və mükafatlandırılacaq.

 

Müsabiqəyə müraciət qəbulu 1 iyul 2022-ci il saat 18:00-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu