Modern.az

“Qazilər bütün qurumların qapısını döyür” - Jalə Əliyeva

“Qazilər bütün qurumların qapısını döyür” - Jalə Əliyeva

Aktual

20 İyun 2022, 12:48

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qazilərin şəxsi kabineti, səhifəsi açılsın".

 

Modern.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əliyeva bununla bağlı təklif səsləndirib.

 

O komitə iclasında iştirak edən nazirliyin rəsmilərinə müraciət edib: 

 

"Vahid kabinet hesabına bir mərkəzdən onların problemləri həll edilə bilər. Əks halda qazilər xaotik şəkildə bütün qurumların qapısını döyürlər, problemlərinə həll axtarırlar. Nəticədə haqlı və ya haqsız etirazlar ortaya çıxır".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi