Modern.az

Eyvandan yıxılan ana-balanın kimliyi MƏLUM OLDU

Eyvandan yıxılan ana-balanın kimliyi MƏLUM OLDU

20 İyun 2022, 14:55

Bakıda binadan yıxılan hamilə qadın və azyaşlı övladının kimliyi məlum olub.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev küçəsi 116 ünvanında baş verib.

 

Həmin binanın 7-ci mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Umalatova Tamerlan Tofiq oğlu balkondan 6-cı mərtəbənin balkonuna yıxılıb.

 

Bunu görən ana 1995-ci il təvəllüdlü Umalatova Rövşanə Rövşən qızı uşağı tutmaq istəyərkən müvazinətini itirərək uşağın arxasınca yıxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı