Modern.az

İsraildə yoluxma pik həddə çatdı

İsraildə yoluxma pik həddə çatdı

Dünya

20 İyun 2022, 17:20

Son günlər İsraildə koronavirusa yoluxma kəskin artıb.

 

Modern.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son sutka ərzində 10 min 202 nəfərin COVID-19 testi müsbət çıxıb. Ağır xəstələrin sayı 124, epidemiya başlayandan bəri həyatını itirənlərin sayı isə 10 min 908 nəfərə yüksəlib.

 

24 saat ərzində qeydə alınan rəqəmlər İsraildə son aylar üzrə ən yüksək göstəricidir.

 

Xatırladaq ki, İsrail hökuməti aprelin sonunda COVID-19 məhdudiyyətlərini ləğv edib. Bundan sonra yoluxma sayı artmağa başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi