Modern.az

Nazir Özbəkistanla imzalanan sənədlərdən YAZDI

Nazir Özbəkistanla imzalanan sənədlərdən YAZDI

İqtisadiyyat

20 İyun 2022, 18:40

Özbəkistanla imzalanan sənədlər yeni əlaqələrin qurulmasına imkanlar yaradacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında qeyd edib.

 

"Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq", - paylaşımda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi