Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılır.
Modern.az xəbər verir ki, bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat müəyyən edilib.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.