Modern.az

Fazil Mustafa: “Azərbaycan üçün fədakarlıq edənlərin adı niyə əbədiləşdirilmir?”

Fazil Mustafa: “Azərbaycan üçün fədakarlıq edənlərin adı niyə əbədiləşdirilmir?”

Təhsil

5 Mart 2013, 12:57

Bu gün Milli Məclisin iclasında çıxış edən Fazil Mustafa Ə.Topçubaşovun 150 illiyi ilə bağlı prezident sərəncamını yüksək dəyərləndirib və bildirib ki, Azərbaycanda dövlət strukturunda çalışan xeyli sayda adamların xatirəsinin əbədiləşdirilməsi vacibdir.

Modern.az xəbər verir ki, millət vəkili çıxışı zamanı bildirib ki, Mustafa Sübhi adında Türkiyədə öldürülmüş bir kommunistin adına Bakıda küçə var, amma Azərbaycan üçün çalışan, müstəqillik üçün fədakarlıq etmiş şəxslərin adı əbədiləşdirilməyib. Onun sözlərinə görə, bununla bağlı məsələyə baxılmalıdır.

Fransada döyülən azərbaycanlılarla bağlı danışan Fazil Mustafa qeyd edib ki, onlara dövlət dəstəyinin göstərilməsi vacibdir. Deputat bildirib ki, gələcəkdə hər dəfə belə bir hadisə baş verərsə, dövlət həmin şəxslərin arxasında durmalıdır ki, onlar da bunu daim hiss etsinlər. 

 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza